"Ermənistan Azərbaycanla danışıqlara hazırdır" - Mirzoyan

   "Ermənistan Azərbaycanla danışıqlara hazırdır" -    Mirzoyan
  30 Noyabr 2023    Oxunub:1735
"Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycan tərəfi ilə görüşməyə və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır".
Bunu Skopyedə ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır:

Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması;

MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonra demarkasiyası;

Ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlılığının tanınması əsasında regionda kommunikasiyaların açılması.

“Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini bir daha təsdiqləyir və bu istiqamətdə praktiki addımlar atmağa hazır olduğunu nümayiş etdirir”, - o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti