İsrail Madriddəki səfirini geri çağırdı

   İsrail Madriddəki səfirini geri çağırdı
  30 Noyabr 2023    Oxunub:929
İspaniyanın baş naziri Pedro Sançesin Qəzza zolağındakı münaqişə ilə bağlı bəyanatları fonunda İsrail Madriddəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
“Əsassız ittihamları təkrarlayan İspaniyanın baş nazirinin ürəkbulandıran sözlərindən sonra mən İsrailin İspaniyadakı səfirinə zəng etmək və onu Qüdsdə məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldim.

İsrail beynəlxalq hüquqa uyğun hərəkət edib və edəcək. Biz oğurlananların hamısı azad edilənə və Qəzza zolağında Həmas məhv edilənə qədər müharibəni davam etdirəcəyik”,- İsrailin xarici işlər naziri Eli Koen cümə axşamı X sosial şəbəkəsində bildirib.

Bundan əvvəl Sançes TVE telekanalına müsahibəsində bildirmişdi ki, Qəzzada mülki vətəndaşların öldüyünü nəzərə alsaq, İsrailin beynəlxalq humanitar hüquqa riayət etməsinə şübhələr var.

baş nazir Fələstini bir dövlət kimi tanıdığını təkrarlayıb və bildirib ki, əgər İspaniya hələ bunu etməyibsə, bu, yalnız Avropa İttifaqının qərarını gözləməsi ilə bağlıdır.

Xatırladaq ki, Sançes ötən həftə Misirə səfəri zamanı Qəzzada müvəqqəti atəşkəsin kifayət etmədiyini, ona görə də daimi humanitar razılaşmalara gəlmək lazım olduğunu bildirmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti