Gələn il 31 min müəllim sertifikasiya imtahanı verəcək

 Gələn il 31 min müəllim sertifikasiya imtahanı verəcək
  30 Noyabr 2023    Oxunub:1195
2024-cü ilin iyun ayında 31 min müəllim sertifikasiya imtahanı verəcək.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. O qeyd edib ki, növbəti ildə riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda tədrisi digər dildə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikasiyadan keçəcək.

"Əvvəlki sertifikasiya imtahanında uğur qazanmayan ibtidai sinif və Azərbaycan dili müəllimlərinin də gələn ilin iyun ayında imtahan verməsi üçün şans veriləcək. Bu proses 2025-2026-ci ildə bütün bölgələrdə bu bitəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti