Ər-Riyaddan İrana iqtisadi əməkdaşlıq təklifi

Ər-Riyaddan İrana iqtisadi əməkdaşlıq təklifi
  30 Noyabr 2023    Oxunub:985
Səudiyyə Ərəbistanı şərti olaraq İrana iqtisadi əməkdaşlıq təklif edib.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyi “ərəb və Qərb rəsmilərinə” istinadən belə məlumat yayıb.

“Əgər Tehran İsrail-HƏMAS müharibəsini regional müvəkkilləri tərəfindən daha geniş münaqişəyə çevirməkdən çəkinərsə, Ər-Riyad İranda əməkdaşlıq və investisiyaların gücləndirilməsi üçün addımlar atacaq. HƏMAS-ın İsrailə hücumu başlayandan sonra bu təklif həm birbaşa, həm də müxtəlif yollarla İrana təqdim olunub. İki ölkə arasında gələcək əməkdaşlığın mümkünlüyü İran prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında bu ay Ər-Riyadda Qəzza müharibəsi mövzusunda keçirilən görüşdə də gündəmə gətirilib”, - məlumatda deyilir.

Ər-Riyadın bu təklifinə İranın cavabı barəfə hələlik heç nə bəlli deyil.

“Blumberg”in iddiasına görə, ABŞ dövlət katibinin köməkçisi Barbara Leaf Vaşinqtonun Səudiyyə Ərəbistanı və digər ərəb müttəfiqləri ilə birlikdə İranın Qəzzada mövcud müharibə vəziyyətindən vəkil qruplar şəbəkəsini gücləndirmək üçün istifadə etməsinin qarşısını almağa çalışdığını bldirib.
AzVision.az


Teqlər: Səudiyyə   İran  





Xəbər lenti