8 yaşlı qızı meşədə zorlayan pedofil saxlanılıb

  8 yaşlı qızı  meşədə zorlayan pedofil saxlanılıb
  30 Noyabr 2023    Oxunub:1376
Rusiyada pedofil saxlanılıb. REN TV-nin yaydığı məlumata görə, Sverdlovsk vilayətində bir kişi səkkiz yaşlı qıza təcavüz edib.
Onun sərxoş vəziyyətdə olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Kamensk-Uralskidə uşaq məktəbdən evə qayıdarkən pedofil ona hücum edərək qızı meşəyə sürüyüb. Bundan sonra zorlanma hadisəsi baş verib.

Rusiya uşaqları qarajında zorlayan pedofili axtarır
Pedofil cinayət əməlini törədən zaman yaxınlıqdan keçən polis maşının səsindən qorxuya qorxuya düşüb. O, zərərçəkən uşağı ataraq qaçmaq istəyib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qısa zamanda cinayətkarı yaxalayıblar.

Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin məlumatına görə, caniyə qarşı cinayət işi açılıb. O, əvvəllər 5 dəfə oğurluq, 3 dəfə isə avtomobil qaçırmağa görə məhkum olunub. İndi pedofili 20 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, ötən ay da Rusiya mediası başqa bir pedofillik hadisəsi barədə həyəcan təbili çalmışdı. Qeyd edilirdi ki, Xabarovskda uşaqları qarajına aparan pedofil axtarışa verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Pedofil  





Xəbər lenti