İranlı həkimin Amerika vətəndaşlığı 61 il sonra ləğv edilib

   İranlı həkimin Amerika vətəndaşlığı 61 il sonra ləğv edilib
  30 Noyabr 2023    Oxunub:1000
61 ildir ki, ABŞ-da yaşayan, İran əsilli həkim Siyavuş Sübhaninin Amerika vətəndaşlığı ləğv edilib.
AzVision.az “Washington Post” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Sübhani 2023-cü ilin fevralında pasportunu yeniləmək üçün müraciət edəndə ABŞ Dövlət departamentinin mənfi cavabı ilə üzləşib.

Qurumun rəsmisinin Sübhaniyə yazdığı məktubda doğulduğu vaxt atasının İranın ABŞ-dakı səfirliyinin diplomatı olduğuna görə ona Amerika vətəndaşlığının düzgün verilmədiyini bildirib.
Məktubda qeyd olunur ki, Sübhani ailəsinin diplomatik toxunulmazlığı və ABŞ-nin məhkəmə qanunlarının onlara şamil edilməməsi səbəbindən Siyavuş Sübhani doğulanda Amerika vətəndaşlığı ala bilməyib.

Maraqlıdır ki, ABŞ-da doğulub təhsil alan Siyavuş Sübhaniyə indi də ölkəni tərk etmək icazəsi verilmir və o, ABŞ-da daimi yaşamaq üçün yenidən müraciət etməli olub.
Sübhaninin daha əvvəl bir neçə dəfə pasportunu yeniləmək üçün müraciət edərkən heç bir problemlə üzləşməməsinə baxmayaraq, indi onun Amerika vətəndaşlığı ləğv olunub.
AzVision.az


Teqlər: ABŞ   iranlı  





Xəbər lenti