İsrail və ABŞ minlərlə HƏMAS yaraqlısını Qəzzadan çıxarmağa hazırlaşır?

 İsrail və ABŞ minlərlə HƏMAS yaraqlısını  Qəzzadan çıxarmağa hazırlaşır?
  30 Noyabr 2023    Oxunub:959
"ABŞ və İsrail rəsmiləri münaqişənin həllini sürətləndirmək üçün Qəzza zolağından Fələstinin radikal HƏMAS hərəkatından minlərlə yaraqlısının çıxarılması ideyasını müzakirə edirlər".
Bu fikirlər “The Wall Street Journal”da dərc olunan məqalədəndir. Nəşr mənbələrinə istinad edərək yazıb ki, yaxın gələcəkdə bölgədə HƏMAS-ın təsirində olmayan yeni idarəçilik sistemi qurula bilər.

MİT "Mossad"a qarşı - "Dəmir Qübbə"ni çökdürən necə xilas edilib?
Məlumata görə, bu ideya münaqişə bitdikdən sonra Qəzza zolağının kimin rəhbərliyi altında olacağı və oktyabrın 7-də başlayan hücumların qarşısının alınması üçün nələrin edilməsi lazım olduğuna dair müzakirələrin tərkib hissəsi kimi nəzərdən keçirilir. Xüsusilə, İsrailin hərbi analitik mərkəzi gələcəkdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəkləyəcəyi anklavın yeni hökumət tərəfindən idarə olunmasını, “HƏMAS-dan azad təhlükəsiz zonalar” yaradılmasını təklif edib.

Bundan başqa, Qəzza zolağının tezliklə bərpa olunması üçün HƏMAS yaraqlılarının və onların ailələrinin geri çəkilməsi məsələsi də müzakirə olunur.

Nəşr yazır ki, HƏMAS və İsrail arasında hərbi əməliyyatlarla bağlı müvəqqəti fasiləya dair razılşamaya baxmayaraq, tərəflər hələ də fundamental məsələlərdə ortaq məxrəcə gələ bilməyiblər. Məsələn, ABŞ, İsrail və ərəb ölkələri münaqişə bitdikdən sonra Fələstin anklavını kimin idarə etməli, təhlükəsizliyin kimlər tərfindən təmin edilməsinə dair qərar verməyiblər. Vaşinqton və Təl-Əvivdə Fələstin Milli Administrasiyasının Qəzzada hansı rolu oynayacağı ilə bağlı fikir ayrılığı var.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib.

Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək hərbi texnikaları və 200-dən çox insanı girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqladı.


Daha sonra İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” adlı cavab əməliyyatına başladı.

“The Times of Israel” baş nazirə istinad edərək cavab tədbirlərinin əsas məqsədlərini açıqladı. Məlum oldu ki, İsrailin HƏMAS-la müharibədə ilk məqsədi hücuma məruz qalan əraziləri təmizləməkdən ibarətdir.
Bura HƏMAS-ın tam məhv edilməsi də daxildir.

Bir neçə gün öncə isə tərəflər atəşkəs haqqında razılaşma əldə etdilər. Yalnız bundan sonra girov və əsirlərin mərhələli şəkildə azad edilməsinə başlanıldı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS   ABŞ  





Xəbər lenti