MDB-nin qeyri-rəsmi sammitinin vaxtı açıqlandı

 MDB-nin qeyri-rəsmi sammitinin vaxtı açıqlandı
  30 Noyabr 2023    Oxunub:1155
Dekabrın 18-də Rusiyada MDB ölkələrinin hökumət başçılarının növbədənkənar iclası, dekabrın 26-da isə Birlik dövlətləri liderlərinin qeyri-rəsmi görüşü planlaşdırılır.
Bu barədə təşkilatın baş katibi Sergey Lebedev bildirib.

“Dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin Ali Şurasının prezidentlər səviyyəsində iclasları, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü keçiriləcək”, - baş katib Minskdə jurnalistlərə bildirib.

Lebedev əlavə edib ki, Rusiyanın təşəbbüsü ilə dekabrın 18-də Moskvada MDB ölkələrinin hökumət başçılarının fövqəladə iclası keçiriləcək.

-MDB ölkələrinin baş nazirləri ilin sonunda MDB-nin fəaliyyətini qiymətləndirmək və cari məsələləri müzakirə etmək üçün bir araya gələcəklər, o deyib.

Hazırda MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Rusiya və Moldova daxildir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: MDB  





Xəbər lenti