Ukraynaya 2 milyon avro veriləcək

Ukraynaya 2 milyon avro veriləcək
  29 Noyabr 2023    Oxunub:1132
Litva “Ukrayna taxılı” beynəlxalq proqramı çərçivəsində onun ixracını maliyyələşdirmək üçün 2 milyon avro ayırıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Litva hökumətinin keçirdiyi iclasın yekununda qəbul edilib.

“Taxıl təşəbbüsü müharibənin qlobal ərzaq bazarında mənfi nəticələrinin azaldılmasında və Litvanın 2 milyon avro ayırdığı Ukraynanın taxıl ixracı imkanlarının gücləndirilməsində mühüm rol oynayır”, - məlumatda qeyd edilib.

Keçən həftə Ukraynaya səfəri zamanı Litvanın Baş naziri İnqrida Simonyte Vilnüsün beynəlxalq proqrama verəcəyi töhfəni də vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti