"Qarabağ" azarkeşlərlə görə cərimələndi

"Qarabağ" azarkeşlərlə görə cərimələndi
  29 Noyabr 2023    Oxunub:860
"Sabah" klubunun ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"da 82 ədəd oturacaq sındırılıb.
Hadisə paytaxt təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIV turunun matçında baş verib.

AFFA İntizam Komitəsinin (İK) qərarına əsasən, Ağdam təmsilçisinin azarkeşləri tərəfindən stadiona dəymiş ziyan "Qarabağ" klubu tərəfindən ödəniləcək.

Bundan əlavə, İK "Sabah"ı 800 manat cərimələyib. Buna sözügedən qarşılaşmadan sonra kənar şəxslərin meydana girməsi səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti