İranda daha bir vəkil həbs olunub - VİDEO

   İranda daha bir vəkil həbs olunub -    VİDEO
  29 Noyabr 2023    Oxunub:712
İran məhkəməsi vəkil Xosrov Əlikürdini “bir il həbs, iki il Nəhbənan şəhərinə sürgün, iki il ölkədən çıxış qadağası, iki il müddətinə vəkil işləmək və iki il sosial şəbəkələrdə fəaliyyət göstərmək qadağasına məhkum edib.
AzVision.az Xosrov Əlikürdinin öz “Instaqram” hesabında yayımladığı video-materiala isrinadən xəbər verir ki, Məşhəd İnqilab məhkəməsinin birinci şöbəsi bu hökmü “İran rejiminə müxalif qrupların xeyrinə təbliğat fəaliyyəti” ittihamı əsasdında çıxarıb.

“İşin hakimi İrandan kənar farsdilli kanallara, o cümlədən “Radio Fərda”ya verdiyim müsahibələri və sosial şəbəkələrdəki şərhlərimi rejimə qarşı təbliğat fəaliyyəti nümunəsi kimi qiymətləndirib. Bu hökmü çıxarmalarının səbəbi “Qadın, Həyat, Azadlıq” aksiyalarında həlak olanların ailələrinin işini qəbul etməyimdir”, - Əlikürdi bildirib.
İrandakı insan haqları fəalları qrupunun bu ilin iyun ayının əvvəlində dərc etdiyi hesabtda

2022-ci ilin sentyabrında ümummilli etirazların başlamasından bu yana ölkədə ən azı 129 vəkilin “məhkəmə qarşıdurması” ilə üzləşdiyi vurğulanıb.


AzVision.az


Teqlər: İran   vəkil  





Xəbər lenti