"Paşinyan və Putin Sankt-Peterburqda görüşə bilər" - Peskov

 "Paşinyan və Putin Sankt-Peterburqda görüşə bilər"    - Peskov
  29 Noyabr 2023    Oxunub:3469
"Hazırda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmaslar nəzərdə tutulmayıb. Lakin Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının sammiti çərçivəsində belə bir görüş baş tuta bilər".
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, “Bildiyiniz kimi dekabrın sonunda ənənəvi Yeni il tədbirinin keçirilməsi planlaşdırılır.(MDB-nin qeyri-rəsmi sammiti-red.) Cənab Paşinyan ora gəlsə və onu da hamı kimi gözləyirlərsə, o zaman danışıqlar üçün böyük fürsət yaranacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti