Londonla İrəvan arasında müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb

Londonla İrəvan arasında müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb
  29 Noyabr 2023    Oxunub:774
Londonda Ermənistan-Britaniya strateji müdafiə üzrə altıncı məsləhətləşmələr keçirilib.
Görüşün yekunu olaraq 2023-2024-cü illər üçün müdafiə sektorunda əməkdaşlıq proqramı imzalanıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İrəvanın nümayəndə heyətinə nazirliyin Müdafiə Siyasəti Baş İdarəsinin rəisi Levon Ayvazyan başçılıq edib. Məsləhətləşmələrdə Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan da iştirak edib.

Danışıqlar zamanı regional və müdafiə, beynəlxalq təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Ayvazyan həmkarlarına Ermənistandakı təhlükəsizliyin durumu, həmçinin orduda aparılan islahatlar barədə məlumat verib.

Tərəflər hərbi əməkdaşlığın perspektivlərini nəzərdən keçirib, bir sıra yeni sahələrdə qarşılıqlı fəaliyyət potensialını qeyd ediblər.
Yeddinci məsləhətləşmələrin İrəvanda keçirilməsi barədə razılıq əldə olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   London  





Xəbər lenti