Tanınmış futbolçu həbs edildi

Tanınmış futbolçu həbs edildi
  18 İyun 2014    Oxunub:1504
“Fənərbaxça”nın və Türkiyə millisinin futbolçusu Əmrə Belözoğlu barəsində 2 ay 15 gün müddətinə həbs qərarı çıxarılıb.
AzVision.az apasport.az saytına istinadən xəbər verir ki, futbolçu “idmanda din, dil, irq, etnik kök, cinsiyyət və ya məzhəb fərqini büruzə verən hərəkətdə” günahkar bilinib.

Türkiyə mətbuatının məlumatına görə, Əmrə Belözoğlu “Fənərbaxça” və “Trabzonspor” arasındakı oyun zamanı rəqib komandanın futbolçusu Didye Zokoranı təhqir edib. Zokoranın vəkili məhkəməyə müraciət edərək, Əmrə barəsində irqçi baxışlarına görə cinayət işi qaldırılmasını istəyib.

Maraqlıdır ki, Əmrə baş verən olaydan dərhal sonra qatıldığı televiziya proqramında söylədiyi sözü etiraf edib. Amma səhəri gün mətbuat konfransında bunun ona qarşı böhtan olduğunu bildirib.

Məhkəmə tərəfləri dinlədikdən sonra Ə. Belözoğlu barəsində 2 ay 15 günlük həbs qərarı çıxarıb. Amma futbolçunun bundan əvvəl belə bir cinayət işləmədiyi nəzərə alınaraq və bir daha belə hərəkətə yol verməyəcəyi qənaətinə gəlinərək, cəzanın çəkilməsi təxirə salınıb.


Teqlər:





Xəbər lenti