Əsgərin bədənindən partlamamış qumbara belə çıxarıldı - VİDEO

 Əsgərin bədənindən partlamamış qumbara belə çıxarıldı   - VİDEO
  29 Noyabr 2023    Oxunub:1104
Rusiyada cərrahlar maraqlı və təhlükəli əməliyyat həyata keçiriblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda həkimlər istehkamçılarla birlikdə əsgərin bədənindən partlamamış mərmi çıxarıblar.

Əsgər ürəyində güllə ilə meşədə 2 gün yol gəlib - VİDEO
Əməliyyat masasına uzanan pulemyotçu hərbi əməliyyat zamanı ağır yaralanıbmış. Döyüşçünün bud nahiyəsinə mərmi dəysə də o, partlamayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları belə qənaətə gəliblər ki, əsgərin bədəninə batan sursat VOQ-17 parçalayıcı qumbara olub. Mərminin çıxarılması əməliyyatından əvvəl palatalarda yatan digər xəstələr xəstəxanadan təxliyə ediliblər.

Yayılan videodan görünür ki, həkimlər əməliyyatı gülləkeçirməz jiletlərlə reallaşdırıblar. Otaqda Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri də növbətçi qalıblar.

“Hərbçinin bədənində ilişib qalan partlamamış sursat uğurla çıxarılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qumbaranı ərazidən xüsusi zirehli konteynerdə çıxararaq zərərsizləşdirmək üçün aiddiyyəti yerə göndəriblər”, - məlumatda qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsgər   Qumbara   Rusiya   Əməliyyat  





Xəbər lenti