İranda müğənni və aktrisalar prokurorluğa çağırılıblar

İranda müğənni və aktrisalar prokurorluğa çağırılıblar
  29 Noyabr 2023    Oxunub:842
Kino və televiziya aktrisaları Səhər Zəkəriyyə, Səba Kamali və müğənni Daniyal Müqəddəm Beynəlxalq qadınlara qarşı zorakılığın qadağan edilməsi günü münasibətilə birgə mahnı yayımladıqları üçün Mədəniyyət və Media prokurorluğundan çağırış alıblar.
AzVision.az Daniyal Müqəddəmin öz İnstaqram hesabında yaydığı məlumata istinadən xəbər verir ki, onunla bərabər daha iki aktrisa “fəsad və fahişəliyə dəvət” kimi ortaq işdə ittiham olunurlar.
Səba Kəmali də müğənninin hekayəsini yenidən dərc etməklə çağırış xəbərini təsdiqləyib.

Qadınlara qarşı zorakılıq mövzusu və bu üç sənətçinin birgə ifası ilə “Huri” mahnısı noyabrın 24-də işıq üzü görüb.

Qeyd edək ki, son günlər yenidən İranın təhlükəsizlik qurumları “Qadın, Həyat, Azadlıq” aksiyalarını müşayiət edən sənətçilərə qarşı təzyiqləri artırıb.
AzVision.az


Teqlər: İran   təqiblər  





Xəbər lenti