Minaya düşmüş şəxslərdən ibarət futbol komandası yaradılıb

   Minaya düşmüş şəxslərdən ibarət futbol komandası yaradılıb
  29 Noyabr 2023    Oxunub:903
"Minatəmizləmə Agentliyinin dəstəyi ilə minaya düşüb ayağı amputasiya olunmuş şəxslərdən ibarət futbol komandası yaratmışıq. Bu, normal həyata qayıtmaq üçün bir stimuldur".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Futbol Assosasiyaları Federasiyasının(AFFA) baş katibi Sərxan Hacıyev “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda ölkəmizdə keçirilən beynəlxalq texniki konfransda deyib.

O bildirib ki, komanda ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcək :" Avropa və dünya federasiyaları ilə birgə beynəlxalq səviyyədə icazələr alırıq. Bu, bizim ilk iştirakımızdır. Komanda Avropa çempionatında oynayacaq.

Biz agentliklə birgə beynəlxalq səviyyədə minalarla bağlı maarifləndirmə aparırıq. Düşünürük ki, bu işi futbolla gücləndirə bilərik".
Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti