Türkiyədə rus qadınlar öldürüldü, polis keçmiş əri axtarır

   Türkiyədə rus qadınlar öldürüldü,    polis  keçmiş əri axtarır
  29 Noyabr 2023    Oxunub:717
Türkiyədə rusiyalı qadın və onun yeniyetmə qızı ölü tapılıb.
Türkiyənin “Habertürk” qəzeti yazır ki, rus qadınların cəsədləri noyabrın 28-də İçmələr kurort kəndi yaxınlığında yerli polis patrulu tərəfindən aşkar edilib. Polis Tavşanburnu körfəzinə gedən yolun yaxınlığındakı sıldırım yamacda çarşaba bükülmüş bir şey görüb və yoxlamaq qərarına gəlib.

Türkiyənin “Ege Haber” xəbər agentliyi qeyd edir ki, onlar iki cəsəd tapıblar: biri çarşafla örtülmüş və kəndirlə bağlanmış, qayaların arasında qalmış, ikincisi isə yaxınlıqda kolların arasında uzanmış vəziyyətdə. Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün cəsədlər yarılma üçün göndərilib.

Bodrum telekanalı Kent Tv xəbər verir ki, ölənlərin Bodrum şəhərindən olan 42 yaşlı rus qadın İrina Dvizova və onun 15 yaşlı qızı Dayana olduğu müəyyən edilib.

Qətldə Dvizovanın ikinci əri 45 yaşlı Litva vətəndaşı Andrey Kusleviç şübhəli bilinir. Onların 5 yaşlı oğlu var.

Polisin məlumatına görə, kişi keçmiş həyat yoldaşını və ögey qızını güllələdikdən sonra oğlunu qaçıraraq Türkiyəni tərk edib.

Bildirilir ki, Dvizova və qızı əvvəllər Moskvada yaşasa da, sonradan Türkiyəyə köçüblər. Qadın model olub, lakin Türkiyədə rieltor kimi işləyib.

SHOT Telegram kanalı xəbər verir ki, keçmiş ikinci ər əvvəllər Fransız Legionunda muzdlu əsgər kimi xidmət edib, eyni zamanda Monakoda cangüdən işləyib. O, işəgötürən oliqarxı qarət etdiyi üçün 2017- ci ildə saxlanılıb. Məhkəmə həmin şəxsi Monakoya təhvil vermək qərarına gəlib, lakin kişi istintaq təcridxanasına aparılarkən qaçıb. O vaxtdan Rusiyada axtarışa verilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti