"Putin ABŞ seçkilərinə qədər Ukrayna ilə sülh bağlamayacaq" - KİV

   "Putin ABŞ seçkilərinə qədər Ukrayna ilə sülh bağlamayacaq" -    KİV
  29 Noyabr 2023    Oxunub:770
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərin nəticələrinə qədər Ukrayna ilə sülh bağlamayacaq.
"Reuters"in məlumatına görə, adının açıqlanmaması şərti ilə bu bəyanatı ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi NATO xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə verib. Bu sözlər Donald Trampın potensial ABŞ prezidenti seçiləcəyi təqdirdə Qərbin Ukraynaya dəstəyinin dəyişə biləcəyi ilə bağlı narahatlıqlar fonunda səslənib.

Amerika rəsmisi qeyd edib ki, gələn il Ukrayna ilə Rusiya Federasiyası arasında sülh sazişinin əldə olunması ehtimalı azdır.

“Mən gözləyirəm ki, Putin seçkilərimizin nəticəsini görmədən sülhə və ya konstruktiv sülhə sadiq qalmayacaq”.

Onun şəxsi fikrini, yoxsa ABŞ hökumətinin mövqeyini ifadə etdiyini aydınlaşdırmaq üçün Dövlət Departamentinin rəsmisi əlavə edib ki, bu, “geniş fikir”dir. Onun sözlərinə görə, bu kontekstdə bütün NATO müttəfiqləri görüşdə Ukraynaya güclü dəstək ifadə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti