Balaca gimnastlar Vətənə qələbələrlə dönüblər - FOTOLAR

Balaca gimnastlar Vətənə qələbələrlə dönüblər    - FOTOLAR
  28 Noyabr 2023    Oxunub:1285
Dubayda bədii gimnastika üzrə beynəlxalq yarışlar başa çatıb. Aquatic Palace-ın gənc gimnastlardan ibarət komandası çıxışlarını uğurla başa vurub.
Yarışda iştirak edən idmançılarımız deyiblər ki, "xeyli ölkənin istedadlı uşaqlarının bir araya gəldiyi belə bir turnirdə iştirak etməkdən məmnun idik". Digər uşaqların çıxışlarına baxmaq da idmançılarımız üçün maraqlı olub: "Rrəqabətə baxmayaraq, hamı bir-birini dəstəkləyirdi. Hər bir idmançı kimi, biz də yalnız bir şeyi - qələbə ilə qayıtmağı xəyal edirdik və buna nail olduq! Dubay bizi çox mehriban qarşıladı və ümid edirik ki, qarşıdan gələn yeni ildə bizi yeni bacarıqlarımızı və yeni gücümüzü nümayiş etdirəcəyimiz daha parlaq yarışlar gözləyir. İrəli və yalnız irəli! 17 qızıl, 3 gümüş! Qələbə!"
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti