21-ci əsrin ən yaxşı futbolçusu seçildi

21-ci əsrin ən yaxşı futbolçusu seçildi
  28 Noyabr 2023    Oxunub:1080
“FourFourTwo” jurnalının apardığı araşdırmaya görə, 21-ci əsrin ən yaxşı futbolçusu Leo Messidir.
Məlumata görə, jurnalın tərtib etdiyi reytinqin ilk üçlüyündə Kriştianu Ronaldu və Andres İnyesta da yer alıblar. Yüzilliyin dördüncü oyunçusu Xavi, beşinci oyunçusu Ronaldinyo, altıncı oyunçusu Zidan, yeddinci oyunçusu Anri, səkkizinci oyunçusu isə Noyer olub.

Qeyd edək ki, Messi “Qızıl top”un səkkizqat sahibidir. “Barselona”nın üzvü kimi on dəfə İspaniya çempionu və dörd dəfə Çempionlar Liqasının qalibi olub. Argentina millisi ilə forvard dünya çempionu adını qazanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti