Bu il 6 milyon manat aqrar sığorta ödənişi ediləcək

Bu il 6 milyon manat aqrar sığorta ödənişi ediləcək
  28 Noyabr 2023    Oxunub:1112
Bu il Azərbaycanda təbii fəlakətlər və digər hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlər üzrə təqribən 6 milyon manat sığorta ödənişi ediləcək.
Bu barədə AzVision.az -a Aqrar Sığorta Fondundan (ASF) bildirilib.

Bu, ötən ilki sığorta ödənişindən 2,6 dəfə çoxdur.

Belə ki, ölkədə fermerlərə 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta ödənişi edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti