Şagird davranış qaydaları layihəsi 500 məktəbi əhatə edəcək

Şagird davranış qaydaları layihəsi 500 məktəbi əhatə edəcək
  28 Noyabr 2023    Oxunub:1828
“Üç yüz məktəbdə pilot layihə olaraq şagird davranış qaydaları tətbiq olunur. Layihə davam edir”.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib.

O bildirib ki, 2024-cü ilin əvvəlində layihə tamamlanacaq. “Növbəti ildən layihənin əhatə dairəsinin 500 məktəbə çatdırılması nəzərdə tutulur. Hazırda layihə tətbiq olunan məktəblərdə monitorinqlər davam edir", - deyə Eşqi Bağırov qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti