Gəncədə 3 avtomobil yanıb

Gəncədə 3 avtomobil yanıb
  27 Noyabr 2023    Oxunub:870
Gəncədə yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən dayanacaqda yanğın olub. Yanğın zamanı dayanacaqda olan VAZ markalı iki minik avtomobili və bir “KamAz” yanıb.

Hadisə yerinə dərhal FHN-in əməkdaşları cəlb edilib. Yanğın söndürülüb, dayanacağın qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti