Metroda qatarların hərəkəti ləngiyib

   Metroda qatarların hərəkəti ləngiyib
  27 Noyabr 2023    Oxunub:977
Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb.
Gecikmə metronun “Memar Əcəmi” stansiyasında daha çox hiss edilib. Sərnişinlərin sözlərinə görə, “Dərnəgül-Həzi Aslanov” xətti ilə hərəkət edən bəzi qatarlar gecikib, bir neçəsi isə “Memar Əcəmi” stansiyasında sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.

Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələdən xəbərdardır. Hazırda gecikmənin hansı səbəbdən baş verməsi araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti