Futbol tarixinin ən qalmaqallı transferləri - Siyahı

Futbol tarixinin ən qalmaqallı transferləri    - Siyahı
  25 Noyabr 2023    Oxunub:1230
“FourFourTwo” nəşri azarkeşləri ən çox qıcıqlandıran transferlərin siyahısını tərtib edib.
AzVision.az xəbər verir ki, ilk pillədə 2000-ci ildə "Barselona"dan "Real"a keçən Luiş Fiqu yer alıb. Sol Kempbell 2-ci ("Tottenhem"dən "Arsenal"a), Roberto Baccio isə 3-cüdür ("Fiorentina"dan "Yuventus"a).

"FourFourTwo"ya görə ən qalmaqallı 10 transfer:

1. 2000-ci ildə "Barselona"dan "Real"a keçən Luiş Fiqu .

2. Sol Kempbell - 2001-ci ildə “Tottenhem”dən “Arsenal”a keçib.

3. Roberto Baccio - "Fiorentina"dan "Yuventus"a, 1990-cı il

4. Yohan Kroyff 1983-cü ildə "Ayaks"dan "Feyenoord"a keçib.

5. 1960-cı ildə "Sportinq Lourensa Markes"dən "Benfika"ya keçən Eysebio.

6. Mo Conston 1989-cu ildə "Nant2dan “Reyncers”ə transfer olunub.

7. Dieqo Maradona - 1991-ci ildə "Napoli"dən ayrılıb, daha sonra "Sevilya"da oynayıb.

8. Eşli Koul 2006-cı ildə "Arsenal"dan "Çelsi"yə keçib.

9. Mario Götze 2013-cü ildə "Borussiya"dan (Dortmund) "Bavariya"ya keçib.

10. Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunub.

AzVision.az



Teqlər: Transfer  





Xəbər lenti