Azərbaycanın MMA döyüşçüsü dünya çempionu olub

Azərbaycanın MMA döyüşçüsü dünya çempionu olub
  25 Noyabr 2023    Oxunub:1265
Azərbaycanın MMA döyüşçüsü Xəyal Caniyev muay-tay üzrə superyarımorta çəkidə dünya çempionu olub.
AzVision.az xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərində keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə döyüşdə Asiya çempionu olan iranlı Moctaba Taravatiyə qalib gəlib.

Beş raundun hamısında yaxşı çıxış edən “Halk” ləqəbli idmançı ikinci raundda rəqibini nokdaun vəziyyətinə salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Caniyevə verilib.

Üçillik fasilədən sonra muay-tay yarışında çıxış edən 30 yaşlı döyüşçü yeni çempionluğunu belə şərh edib: “Muay-tay karyeramdakı fasilə, hər halda özünü hiss etdirdi. Döyüşü vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.

Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl MMA-da da ardıcıl 3 qələbə qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti