"Şamaxı"nın baş məşqçisi istefa verdi

   "Şamaxı"nın baş məşqçisi istefa verdi
  24 Noyabr 2023    Oxunub:1333
Azərbaycan 1-ci liqası təmsilçisi "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.
AzVision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan "Şamaxı"nı çalışdırırdı.

AzVision.az




Teqlər:





Xəbər lenti