ABŞ-dan İrəvana şok! Erməni şirkətlərinə qarşı istintaq gedir

      ABŞ-dan İrəvana şok!    Erməni şirkətlərinə qarşı istintaq gedir
  24 Noyabr 2023    Oxunub:1481
Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan və qərargahı Aİ qurumlarının da yerləşdiyi Brüsseldə olan “EU Reporter” nəşri Rusiyanın embarqolu kommersiya məhsullarını Ermənistan gəmiçilik şirkətləri vasitəsilə daşıdığını iddia edib. Həmçinin bildirilir ki, ABŞ və Aİ rəsmiləri erməni şirkətlərinə qarşı araşdırma açmaq üçün sənədlər toplayır.
Saytda “Ermənistan Putinin Ukraynaya qarşı müharibəsinin logistika mərkəzidirmi?” adlı təhlil yazısı dərc olunub.

Nəşrin ABŞ Ticarət Nazirliyi və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsindən əldə etdiyi məlumata görə, Rusiya Qərbin embarqo etdiyi məhsullarını dünya bazarlarına çıxarmaq üçün Batumi-Novorossisk dəniz yolundan istifadə edir və məhsullarını Gürcüstan limanlarına çatdırır.



Rusiyanın qlobal bazarlara çıxmaq üçün istifadə etdiyi bu üsulda ən çox diqqət çəkən şirkət Ermənistan dənizçilik şirkətidir. Əldə edilən məlumata görə, hər həftə Gürcüstan limanlarına 600 konteyner Rusiya ixrac məhsulları gəlir. Gəmi və konteynerlər Ermənistan gəmiçilik şirkətlərinə məxsusdur.

Nəşr Moskvanın bu üsulla Qərb ölkələrinin ixracına qadağa qoyduğu kommersiya məhsullarını da Rusiyaya gətirdiyini iddia edib. Bunlara geyim sənayesi məhsulları, avtomobillər və yan sənaye hissələri, tibbi məhsullar daxildir. Bu üsulla Rusiyaya gələn nəqliyyat vasitələrinin əksəriyyətinin ABŞ malları olduğu vurğulanır. Bildirilir ki, Gürcüstan limanlarına daxil olan bu mallar Ermənistanın Gümrü şəhərinə aparılır, anbarlarda saxlanılır, sonra quru və ya Ermənistan gəmiçilik şirkətlərinə məxsus gəmilərlə Rusiyaya gətirilir.



Gizli daşınmada ağırlıq Ermənistan gəmiçilik şirkətlərinin üzərində olsa da, ABŞ və Rusiya şirkətləri də iştirak edir. Bu şəkildə ABŞ-dan Gürcüstana göndərilən malların əksəriyyəti ABŞ-da yerləşən C&M International LLC gəmiçilik şirkəti tərəfindən aparılır.

Ermənistan gəmiçilik şirkətlərinin Qərb ölkələrindən Gürcüstan limanlarına gətirdiyi malları Rusiyanın “Black Sea Forwarding LLC” şirkəti ölkəyə aparır.

Nəşr iddia edir ki, embarqoları pozan bütün şirkətlər ABŞ və Aİ tərəfindən qadağan olunmuş şirkətlər siyahısına daxil edilə bilər.

Həmçinin Avropa İttifaqının İqtisadiyyat Komissarlığı və ABŞ Ticarət Nazirliyinin sxemdəki şirkətlərin bütün fəaliyyətini araşdırdığı və müvafiq şirkətlərə qarşı araşdırmalara başlanılacağı bildirilir. Bunun üçün dəlillərin toplanmasına başlanıldığı deyilir.

Bu arada o da qeyd edilir ki, ABŞ Sənaye və Təhlükəsizlik Bürosundan əldə edilən məlumatlara görə, 2021-2022-ci illər arasında Ermənistanın ABŞ-dan mikroçip və çip ixracı 500 faiz, Aİ-dən isə 200 faiz artıb.

ABŞ mənbələrinə görə, bu çiplərin 97 faizi embarqoları pozaraq Rusiyaya göndərilib və Rusiya-Ermənistan ticarət həcmi 2022-ci ildə 5 milyard dollara çatıb. 2021-ci ildə bu rəqəm cəmi 2,6 milyard dollar olub.

ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayenin iyun ayından başlayaraq komandası ilə birlikdə erməni şirkətləri ilə bağlı dosye hazırladığı iddia edilir.

O'Brayenin 2022-ci ildə Rusiyanın qlobal enerji sektorunda nəhəng şirkəti olan "Qazprom"un Ermənistan filialına qarşı sanksiyalar tətbiq etmək qərarına gələn məmur olduğu da məlumdur.

Hazırladı: Şahanə Rəhimli
AzVision.az


Teqlər: ABŞ   İrəvan   Rusiya  





Xəbər lenti