Yanğın səbəbindən yolda məhdudiyyət qoyulub

   Yanğın səbəbindən yolda məhdudiyyət qoyulub
  23 Noyabr 2023    Oxunub:1250
Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunub.
Bu barədə AzVision.az -a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Sürücülərdən nəzərə almaları xahiş olunur.

“Dərnəgül” taxta bazarı yanır, ölən var - VİDEO
Qeyd edək ki, bu gün saat 05:45 radələrində Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın başlayıb. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Hadisə yerinə həmçinin 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur.



AzVision.az


Teqlər:  





Xəbər lenti