“Dərnəgül” taxta bazarı yanır, ölən var - VİDEO

  “Dərnəgül” taxta bazarı yanır, ölən var - VİDEO
  23 Noyabr 2023    Oxunub:1998
Bakıda inşaat materialları bazarı yanır.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

Yanğın səbəbindən yolda məhdudiyyət qoyulub
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, bu gün saat 05:55 radələrində (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Əlavə məlumat veriləcək.



AzVision.az



Teqlər:  





Xəbər lenti