De Byazi millidən ayrıldı

      De Byazi millidən ayrıldı
  22 Noyabr 2023    Oxunub:1531
Bu gün AFFA İcraiyyə Komitəsinin fövqaladə iclası keçirilib.
AzVision.az xəbər verir ki, saat 10-da başlayan toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin millidəki taleyi ilə bağlı qərar verilib. İtaliyalı mütəxəssis iclasda cəmi 10 dəqiqə iştirak edib və sonra toplantını tərk edib. O, iclasında millimizdəki fəaliyyətini davam etdirmək istəmədiyini bildirib.

İclasdan sonra jurnalitlərə açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev təsdiq edib ki, iclas zamanı De Byazi müqaviləsinin uzadılmasını istəməyib.

Qeyd edək ki, De Byazinin müqaviləsi Avro-2024-ün seçmə mərhələsinin sonunda başa çatırdı.

Əlavə edək ki, Canni de Byazinin rəhbərliyi altında Azərbaycan millisi Avro-2024-ün 5 komandalı qrupundan 8 oyundan 7 xal toplayaraq 4-cü yeri tutub. O, son mətbuat konfransında azərbaycanlı jurnalistlərə etiraz olaraq onları "axmaq" adlandırıb. Bu isə Azərbaycan mediası və futbol mütəxəssislərinin etirazına səbəb olub. AFFA-nın baş katibi Sərxan Hacıyev isə Canni de Byazinin bu fikirlərinə görə Azərbaycanın idman jurnalistlərindən üzr istəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti