Avtomobil velosipedçini vuraraq öldürdü

Avtomobil velosipedçini vuraraq öldürdü
  22 Noyabr 2023    Oxunub:965
Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.
Hadisə Qəbələ-Ağdaş magistral yolunun, Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Ağdaş sakini Nicat Abdullayevin idarə etdiyi "VAZ-21065" minik markalı avtomobili ilə yolu keçən velosipedçi, 1977-ci il təvəllüdlü Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb.

Fakta bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti