Millimiz Lüksemburqa uduzdu

Millimiz Lüksemburqa uduzdu
  21 Noyabr 2023    Oxunub:1161
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.

1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırmalı olub.

Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib - 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.

Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə uduzub.
AzVision.az



Teqlər:





Xəbər lenti