Məşhur futbolçu xərçəngə qalib gəldi

Məşhur futbolçu xərçəngə qalib gəldi
  21 Noyabr 2023    Oxunub:1514
Münhenqladbax "Borussiya"sının və Avstriya millisinin müdafiəçisi Ştefan Layner xərçəng xəstəliyindən sağalıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin iyununda müdafiəçiyə limfoma diaqnozu qoyulub. Xərçəng erkən mərhələdə aşkarlandığı üçün 31 yaşlı futbolçu dərmanla müalicə olunub.

Qeyd edək ki, Ş.Layner “Borussiya”nın heyətində 125 oyuna çıxıb, 4 qol vurub və 13 qolun ötürməsini verib.
AzVision.az



Teqlər: Xərçəng  





Xəbər lenti