Dünyanın gözlədiyi "sonuncu rəqs"

Dünyanın gözlədiyi    "sonuncu rəqs"
  21 Noyabr 2023    Oxunub:1600
Dünya futbolunun canlı əfsanələri Lionel Messi və Kriştiano Ronaldo yenidən üz-üzə gələcək.
AzVision.az "Daily Mail"ə istinadən xəbər verir ki, Messinin çıxış etdiyi "İnter Mayami" Ronaldonun komandası "Əl Nəsr"lə yoldaşlıq oyunu keçirəcək.

Oyunun 2024-cü ilin fevralında Ər-Riyadda keçirləcəyi bildirilib. Bu görüş Messi və Ronaldo üçün "sonuncu rəqs" adlandırılıb.

Qeyd edək ki, Messi bu mövsüm "İnter Mayami"də bütün turnirlərdə 14 oyuna 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Ronaldo isə bu mövsüm "Əl-Nəsr"də 17 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.
AzVision.az



Teqlər: Futbol  





Xəbər lenti