AFFA sabah De Byazi ilə bağlı qərar verəcək - Rəsmi

   AFFA sabah De Byazi ilə bağlı qərar verəcək -    Rəsmi
  21 Noyabr 2023    Oxunub:1038
Sabah AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırlıb-artırlımama məsələsi daxil edilib.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub.

AzVision.az






Teqlər:





Xəbər lenti