Avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər ölüb

   Avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər ölüb
  21 Noyabr 2023    Oxunub:1245
Cari ilin 9 ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1806 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin məlumatında deyilir. Məlumata görə, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər hayatını itirib, 25 nəfər isə xəsarət alıb: "Bu statistikanın yekun hüquqi qiymətini almış yol-nəqliyyat hadisələrini ifadə etdiyini və hələ onlarla icraatın ibtidai araşdırma mərhələsində olduğunu nəzərə alsaq, görərik ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amillərdən biri də qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır".

AzVision.az


Teqlər:





Xəbər lenti