Xalq artisti gənclərlə görüşdü

Xalq artisti gənclərlə görüşdü
  21 Noyabr 2023    Oxunub:1288
Suraxanı Gənclər Evində görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə gənclərin görüşü keçirilib.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyəti, Gənclər Evi, Gənclər və İdman sektorunun əməkdaşları, tələbə və məktəblilər iştirak ediblər.

Öncə Xalq artistinin səhnə fəaliyyətinə, yaratdığı obrazlara dair videoçarx nümayiş olunub.

Sonra Nurəddin Mehdixanlı gənclərlə öz həyat və yaradıcılığı barədə məlumat verib, müəllifi olduğu şeirlərindən bir neçəsini səsləndirib və sualları cavablandırıb.

Aktyor dəvətə görə gənclər evinin kollektivinə minnətdarlığını bildirib və gənclərlə görüşdən məmnunluğunu ifadə edib.
AzVision.az

Qalereya




Teqlər: Xalq-Artisti  





Xəbər lenti