Azərbaycan nefti 87 dollara çatır

Azərbaycan nefti 87 dollara çatır
  21 Noyabr 2023    Oxunub:1108
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.19 ABŞ dolları və ya 3.8% artaraq 86.86 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti