Çin yük maşınları Rusiya bazarını ələ keçirib

Çin yük maşınları Rusiya bazarını ələ keçirib
  20 Noyabr 2023    Oxunub:1672
2023-cü ilin 10 ayının sonunda yeni yerli yük maşınlarının Rusiya bazarındakı payı 29,4%-ə qədər azalıb, Çin markaları satışları əhəmiyyətli dərəcədə artaraq bazarın 61,1%-ni tutub.
Bu barədə “NAPI” marketinq agentliyi məlumat yayıb. Belə ki, il ərzində Çin markalı yeni yük maşınlarının satışı 312,6% artaraq 72,6 min ədədə çatıb. Rusiya yük maşınlarının satışı isə cəmi 1,6% artaraq 34,9 min ədəd təşkil edib.

Nəticədə, yeni yük avtomobilləri bazarında yerli avadanlıqların payı 2023-cü ilin yanvar-oktyabr aylarında bir əvvəlki ilin eyni dövründəki 52% ilə müqayisədə 29,4%-ə qədər azalıb. Yük maşını traktorları seqmentində isə Çin markaları Rusiya bazarının 75,6% -ni tutur.


AzVision.az


Teqlər:





Xəbər lenti