Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək

Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək
  20 Noyabr 2023    Oxunub:1168
Yaxın günlərdə Azərbaycan və İraq arasında iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü zamanı məlumat verilib.

Prezident İlham Əliyev İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti