Kuba millisi Rusiyaya yanlış ayaqqabılarla gəlib

Kuba millisi Rusiyaya yanlış ayaqqabılarla gəlib
  20 Noyabr 2023    Oxunub:1021
Kuba yığma komandasının futbolçuları Rusiya millisi ilə Volqoqradda keçiriləcək oyuna səhv butsularla (İdman ayaqqabısı-red.) gəliblər.
Bu barədə "Matç TV"yə Kuba Futbol Assosiasiyasının baş katibi Migel Anxel Diaz məlumat verib.

Brüsseldə Azərbaycan himnini İsveç himni ilə səhv saldılar - Video
“Ortaya düzgün butsularla oynamaq məsələsi çıxıb. Bizdə sintetik ot sahələri var və bir qayda olaraq, qazon o qədər də nəm deyil. Buna görə də altında qısa diyircəyi olan butsulardan istifadə edirik. Rusiyaya gələndən sonra isə anladıq ki, bizə burada fərqli futbol ayaqqabıları gətirmək lazım imiş", - o qeyd edib.

Kubanın idman rəsmisi onu da vurğulayıb ki, lazım olan butsuları Volqoqradda alıblar. Ayaqqabıların keyfiyyətinə isə fikir verməyiblər. Əsas Rusiyadakı qazonda normal futbol oynamağa imkan verən ayaqqabı altlıqları olsun.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kuba   Rusiya  





Xəbər lenti