Brüsseldə Azərbaycan himnini İsveç himni ilə səhv saldılar - Video

 Brüsseldə Azərbaycan himnini İsveç himni ilə səhv saldılar -  Video
  19 Noyabr 2023    Oxunub:1907
Avro-2024-ün seçmə mərhələsində bu gün keçirilən Belçika - Azərbaycan matçının təşkilatçıları ciddi səhvə yol veriblər.
AzVision.az xəbər verir ki, oyundan əvvəl Azərbaycanın yox, İsveçin himni səsləndirilib. Bu isə millimizin futbolçularının, məşqçi heyətinin çaşqınlığına səbəb olub. Belçikanın himni səsləndirildikdən sonra səhv aradan qaldırılıb və Azərbaycanın dövlət himni səsləndirilib. Stadionun diktoru bu səhvə görə üzr istəyib.

Himnin səhv səsləndirilməsinə görə oyun 4 dəqiqə gec başlayıb.



AzVision.az




Teqlər:





Xəbər lenti