Azərbaycan millisi Belçikaya 5 cavabsız qolla uduzdu

 Azərbaycan millisi Belçikaya 5 cavabsız qolla uduzdu
  19 Noyabr 2023    Oxunub:2119
Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxıb.
AzVision.az xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşıb. Brüsseldəki "Kinq Baudouin” stadionunda keçirilən görüşdə millimiz 0:5 hesabı ilə uduzub. Qrupun digər matçında İsveç Estoniyaya 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 20 xalla 1-ci pilləyə yüksəlib. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.

Avro-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr


21:00 Belçika - Azərbaycan - 5:0

Qollar: Romelu Lukaku, 17, 26, 30,37, Trossard, 90

Qırmızı vərəqə: Eddi İsrafilov, 24-iki sarı vərəqə (Azərbaycan)

Baş hakim: Georg Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”

İsveç - Estoniya - 2:0
Qollar: Klaesson, 22, Forsberq, 55
AzVision.az


Teqlər:





Xəbər lenti