Azərbaycan millisi Belçikaya qaşı

   Azərbaycan millisi Belçikaya qaşı
  19 Noyabr 2023    Oxunub:1175
Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxacaq. AzVision.az xəbər verir ki, Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşacaq. Brüsseldəki "Kinq Baudouin” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 17 xalla 2-cidir. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.

Avro-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr


21:00 Belçika - Azərbaycan

Baş hakim: Georg Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”
AzVision.az


Teqlər:





Xəbər lenti