Tamer Karadağ: "Azərbaycanlı olmağımla qürur duyuram"

      Tamer Karadağ:    "Azərbaycanlı olmağımla qürur duyuram"
  18 Noyabr 2023    Oxunub:1767
"Yaxın zamanda Azərbaycana səfərim olacaq. Azərbaycanla Türkiyə arasında teatr sənətinin inkişafı ilə bağlı, eləcə də çox darıxdığım ata-baba torpaqlarımızı görməyə gedəcəyəm. Əslən azərbaycanlı olmağımla qürur duyuram".
Bunu Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi Tamer Karadağlı bildirib.

T.Karadağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan 3-cü Müştərək Toplantısını da dəyərləndirib.

"Türkiyə ilə Azərbaycan arasında qurulan əlaqələr qarşıdakı müddətdə daha da yüksələcək. Əməkdaşlıq mübadiləsi davam edir, mədəniyyət sahəsində də həmçinin. Bu baxımdan, toplantı da çox məhsuldar keçdi", - o vurğulayıb.(Report)

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti