2 marşrut xəttinin hərəkət sxemi dəyişib

2 marşrut xəttinin hərəkət sxemi dəyişib
  18 Noyabr 2023    Oxunub:1548
Bakı şəhərində 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.
AzVision.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

Bundan başqa, 4 nömrəli müntəzəm marşrutunun istismarı isə "BakuBus" MMC-yə həvalə edilib. Həmçinin bu marşrutun da hərəkət istiqaməti dəyişdirilərək "Bakı Ağ Şəhər" yaşayış sahəsinə yönləndirilib.
AzVision.az



Teqlər: Marşrut  





Xəbər lenti