Ağdaşda bələdiyyə sədri, Mingəçevirdə sahibkar cərimələnib

Ağdaşda bələdiyyə sədri, Mingəçevirdə sahibkar cərimələnib
  18 Noyabr 2023    Oxunub:1298
Ağdaş rayonu və Mingəçevir şəhərində sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, rayon( şəhər) polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Ağdaş rayonunun Hapıtlı kəndində, Mingəçevirdə isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı kəndin bələdiyyə sədri, Mingəçevirdə isə üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti