Azərbaycan U-21 millisi Latviyaya qalib gəldi

   Azərbaycan U-21 millisi Latviyaya qalib gəldi
  17 Noyabr 2023    Oxunub:1283
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
AzVision.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Latviya U-21-lə qarşılaşıb. Matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

18:00. Azərbaycan - Latviya - 1:0

Qol: Camal Cəfərov, 32

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Rasim Axundov, Şamil İmanzadə

“Dalğa Arena”

AzVision.az


Teqlər:





Xəbər lenti